16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, futbolçularımız Almaniyanın Mecklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb. Fərid Nəbiyevin dublu sayəsində qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
çap et