525.Az

28 mayı “Türkiyə Əsri”nin müjdəçisi edəcəyik - Ərdoğan


 

28 mayı “Türkiyə Əsri”nin müjdəçisi edəcəyik - <b style="color:red">Ərdoğan</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından seçki ilə bağlı açıqlamalar verib.

Ərdoğan: "İnşallah qarşıdakı günləri ən yaxşı və məhsuldar şəkildə dəyərləndirəcəyik. Allahın izni ilə 28 mayı “Türkiyənin Əsri”nin müjdəçisi edəcəyik", - deyib.

"Biz öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqıq. Bizə qayğı göstərən, bu məqsədlə lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu ancaq daha çox çalışmaqla ödəyə bilərik. Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən hədəflərinə çatmağı gözləyir.

Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər. Biz artıq işə başlamışıq. İnşallah qarşıdakı günləri ən yaxşı və ən məhsuldar şəkildə dəyərləndirəcəyik", - Türkiyə Prezidenti vurğulayıb.

525.az Ərdoğanın paylaşımını təqdim edir:
 

Kıymetli yol ve dava arkadaşlarım,

Ülkemizin en kritik seçimlerinin ilk sınavını Cumhur İttifakı olarak hamdolsun alnımızın akıyla verdik.…

— Recep Tayyip Erdoğan (@RTErdogan) May 16, 2023

Qoşqar Bəylərov

 





16.05.2023    çap et  çap et