Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət” adlı sərgi açılıb.
525.az “Report”a istinadən xəbər verir ki, görkəmli siyasi xadim, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi ilə birlikdə “Azərbaycan” pavilyonunun rəhbərliyi tərəfindən təşkil edilib.
Sərgidə XX əsr-XXI əsrin əvvəllərinə aid Azərbaycan təsviri incəsənət ustalarının unikal əsərləri təqdim olunub. Bundan başqa, Ulu Öndərin fəaliyyətinə və həyat yoluna həsr olunmuş fotosərgi işinə başlayıb.
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.
Azərbaycan İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev qeyd edib ki, ekspozisiyada Azərbaycan təsviri incəsənətinin korifeyləri - Bəhruz Kəngərli, Ələkbər Rzaquliyev, Tahir Salahovun əsərləri nümayiş etdirilir.
Tədbirdə həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova da çıxış ediblər.
çap et