525.Az

Nigeriyalı aşpaz Ginnesin Rekordlar Kitabına düşdü


 

Nigeriyalı aşpaz Ginnesin Rekordlar Kitabına düşdü<b style="color:red"></b>

Nigeriyalı aşpaz Hilda Bassey Effionq 100 saat yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, xalq arasında "Hilda Bacı" kimi tanınan 27 yaşlı Effionq mayın 12-i cümə günü ölkənin Laqos şəhərində başladığı yemək marafonunu 100 saat davam etdirərək yeni rekorda imza atıb. 

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına daxil edilən Effionq hindistanlı aşpaz Lata Tondonun 2019-cu ildəki 87 saatlıq rekordu geridə qoyub.

Malik Atilay

 





17.05.2023    çap et  çap et