525.Az

Rusiyanın Ukraynaya vurduğu ziyan qeydə alınacaq


 

Rusiyanın Ukraynaya vurduğu ziyan <b style="color:red">qeydə alınacaq</b>

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının IV Sammitində 46 üzv dövlət Rusiyanın Ukraynaya vurduğu zərərin qeydə alınması mexanizmini qəbul edəcək. 

525.az xarici mediaya istinadən xəbər verir ki, İslandiyanın Baş naziri Katrin Yakobsdottir və Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa Şurasının IV Zirvə Toplantısı öncəsi mətbuat konfransı keçirib. Fon der Leyen İslandiyaya Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılması məsələsini diqqət mərkəzində saxladığına görə təşəkkür edib. 

Fon der Lyayen gələcəkdə Rusiyanın Ukraynaya təzminat ödəməsinə görə ilk addımı atmaq üçün sammitdə “Zərər Qeydiyyatı” mexanizminin işə salınmasından məmnun olduğunu bildirib.

Qeyd edək ki, Fon der Lyayen Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh düsturunu dəstəklədiklərini vurğulayaraq: "Zelenski bunu müzakirə etməyə çox açıqdır", - deyib.

Malik Atilay

 





17.05.2023    çap et  çap et