525.Az

“Taxıl dəhlizi” sazişinin müddəti 2 ay uzadıldı


 

“Taxıl dəhlizi” sazişinin müddəti <b style="color:red">2 ay uzadıldı</b>

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq məqsədilə yaradılan “taxıl dəhlizi”nin müddəti daha 2 ay uzadılıb.

525.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident deyib ki, Türkiyə sazişin bundan sonra da problemsiz fəaliyyət göstərməsi üçün çalışmalarını davam etdirəcək.

Ərdoğan, həmçinin əlavə edib ki, Rusiya tərəfi Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin oradan çıxması üçün əngəl olmayacağını bildirib.

Qeyd edək ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı “ərzaq böhranı” riskini aradan qaldırmaq səyləri nəticəsində yaratdığı “taxıl dəhlizi”ndən keçən taxılın miqdarı 30 milyon 250 min tonu keçib. Davam edən daşınma çərçivəsində Ukrayna limanlarını tərk edən gəmilərin sayı 951-ə çatıb. Dəhlizdən keçən taxılın 40%-i Avropaya, 30%-i Asiyaya, 13%-i Türkiyəyə, 12%-i Afrikaya, 5%-i Yaxın Şərqə daşınıb.

Qoşqar Bəylərov

 





17.05.2023    çap et  çap et