525.Az

Neft-qaz sektoruna sərmayələr 29 faizdən çox artıb


 

Neft-qaz sektoruna sərmayələr 29 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 321,1 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.

 





18.05.2023    çap et  çap et