525.Az

CHP-də sabitlik pozulub - Ərdoğan


 

CHP-də sabitlik pozulub - <b style="color:red">Ərdoğan</b>

“Parlament seçkilərinin “Cümhur İttifaqı”nın qələbəsi ilə başa çatması və prezident seçkilərində ciddi fərq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin və komandasının rahatlığını pozub”.

525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb.

Prezident qeyd edib ki, CHP rəhbərliyi mayın 14-də nəticələri bilə-bilə “qalib gəldik” teatrı səhnələşdirib və bunu bütün xalq televiziyalardan izləyib: “Qutuların rəngi məlum olduqca, yalanları ortaya çıxdı. Buna baxmayaraq, nə seçicilərdən, nə də ictimaiyyətdən üzr istədilər”.

R.T.Ərdoğan qarşı tərəfin yenə də eyni kampaniyalarını davam etdirdiyini deyib. “Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən vətəndaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”, - Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq. Parlament seçkilərində isə AKP qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb. İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.

Qoşqar Bəylərov

 





18.05.2023    çap et  çap et