525.Az

Rusiyada helikopter və döyüş təyyarəsi qəzaya uğrayıb


 

Rusiyada helikopter və döyüş təyyarəsi qəzaya uğrayıb<b style="color:red"></b>

Rusiyanın Bryansk vilayətində “Su-34” tipli döyüş təyyarəsi və “Mi-8” tipli helikopterin qəzaya uğrayıb. 

525.az Rusiyanın TASS xəbər agentliyinə istinadən bildirir ki, yerli fövqəladə hallar xidmətinin rəsmilərinin verdiyi açıqlamaya görə Bryansk vilayətində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü bildirilib. 

Helikopterin mühərrikin alışması nəticəsində qəzaya uğradığı iddia edilib.

Qeyd edək ki, eyni bölgədə Ukrayna sərhədi yaxınlığında Su-34 qırıcısı qəzaya uğrayıb və göyərtəsində olanların taleyi açıqlanmayıb.

Malik Atilay

 





18.05.2023    çap et  çap et