"Google" 2021-ci ildən bəri istifadə olunmadığı aşkar edilən milyonlarla hesabı həmişəlik siləcək böyük bir yeniləmə elan edib. Yeni siyasət fırıldaqçılıq və hesab oğurluğuna qarşı tədbirlər görmək məqsədi daşıyır.
525.az xəbər verir ki, ləğvetmə ən azı iki il ərzində istifadə olunmayan və ya daxil olunmayan "Gmail", "Drive" və "Photos" hesablarını əhatə edəcək. Yeniləməni elan edən yazısında "Google" yeni siyasətin ilk növbədə təhlükəsizlik məqsədləri üçün olduğunu bildirib.
Qeyd edək ki, texnologiya nəhəngi, yeniləmənin bu həftədən etibarən qüvvəyə minəcəyini, lakin 2023-cü ilin dekabrına qədər heç bir hesabın silinməyəcəyini söyləyib.
Məhəmməd Tağıyev