525.Az

Montana "TikTok"u qadağan edən ilk ABŞ ştatı oldu


 

Montana "TikTok"u qadağan edən ilk ABŞ ştatı oldu<b style="color:red"></b>

ABŞ-nin Montana ştatı məlumat təhlükəsizliyi müzakirələrinin mövzusu olan Çin video paylaşma tətbiqi "TikTok"u qadağan edən ilk ştat olub.

525.az xəbər verir ki, Montana qubernatoru Qreq Cianforte Çinə kəşfiyyat məlumatı verməkdə ittiham olunan "TikTok" tətbiqini qadağan edən qanunu imzalayıb. Beləliklə, Montana "TikTok"a rəsmi qadağa qoyan ilk ABŞ ştatı olub. Qadağanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi açıqlanıb.

Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" isə qərarla bağlı rəsmi cəhdin olub-olmayacağı ilə bağlı açıqlama verməyib. "TikTok" Çin hökuməti ilə məlumat paylaşdığına dair iddiaları dəfələrlə təkzib edib.

Qeyd edək ki, "Pew" Araşdırma Mərkəzinin məlumatına görə, ABŞ-də 13-17 yaş arası yeniyetmələrin 67 faizi, gənclərin isə 16 faizi proqramdan demək olar ki, daim istifadə etdiklərini deyir.

Məhəmməd Tağıyev

 





18.05.2023    çap et  çap et