525.Az

"Şaxtyor" Donetskdə oynamaqdan imtina etdi


 

"Şaxtyor" Donetskdə oynamaqdan imtina etdi<b style="color:red"></b>

"Şaxtyor" (Donetsk) klubu ev oyunlarını ölkənin Lvov şəhərində keçirəcək.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi Donetskdəki münaqişəli vəziyyətlə əlaqədar bu qərarı verib.

"Şaxtyor"un nümayəndəsi Sergey Palkin də məlumatı təsdiqləyib. O, klubun mərkəzi ofisinin müvəqqəti olaraq Kiyevə köçürüldüyünü və komandanın ev oyunlarını Donetskdən 1230 km aralıda yerləşən Lvov şəhərində keçirəcəklərini bildirib.

Baş məşqçi Mirça Luçesku da ev oyunlarını Lvovda keçirəcəklərini deyib. "Şaxtyor bundan sonra rəqiblərini "Lvov Arena"da qəbul edəcək. Bununla bağlı artıq rəsmi icazə alınıb".

Luçesku "Şaxtyor"un doğma meydanı olan "Donbass Arena"ya nə zaman qayıdacaqları ilə bağlı suala qısaca olaraq "bilmirəm" cavabını verib.

 





23.07.2014    çap et  çap et