525.Az

Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır


 

Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır<b style="color:red"></b>

"Özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır".

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O bildirib ki, artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır.

"Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün təqdim olunacaq" - deyə o bildirib.

 





18.05.2023    çap et  çap et