525.Az

“Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçirilir


 

“Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçirilir<b style="color:red"></b>

Hazırda "Park Cinema”da “Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçirilir. 

525.az xəbər verir ki, tədbir vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə maliyyələşən və Təfəkkür Gənclər Assosiasiyası, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliklərinin həyata keçirdiyi “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi çərçivəsində baş tutub.

Təqdimatda şəhid ailələri, qazilər, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, YAŞAT fondu, ASAN xidmət əməkdaşları, millət vəkilləri, sənətçilər, gənclər sektoru nümayəndələri və jurnalistlər iştirak edirlər. 

Layihənin əsas məqsədi olan müharibə iştirakçılarının maarifləndirilməsi, dövlətin hərbçilərə, qazi və şəhid ailələrinə diqqəti sənədli filmin əsas xəttini təşkil edir. 

Filmdə bir neçə dövlət qurumunun məsul şəxslərinin təqdim etdiyi statistikalar, analizlər təqdim edilib, ölkə rəhbərliyinin Vətən müharibəsi iştirakçıları üçün dəstəyi, gördüyü işlər işıqlandırılıb.

Qeyd edək ki, tədbir hazırda davam edir.
 
Qoşqar Bəylərov

 





19.05.2023    çap et  çap et