525.Az

Kreml İlham Əliyevlə Nikol Paşinyanın Moskvada görüşəcəyini təsdiqləyib


 

Kreml İlham Əliyevlə Nikol Paşinyanın Moskvada görüşəcəyini təsdiqləyib<b style="color:red"></b>

"Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib".

525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, görüş gələn həftə keçirilə bilər: “Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik” (“Report”).

 





19.05.2023    çap et  çap et