Bakıda bədbəxt hadisə nəticəsində xəsarət alan uşağın kimliyi məlum olub.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində, 11 saylı Xüsusi internat məktəbin qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Ağarza Əlihəsən oğlu Məmmədov sahibi məlum olmayan atı minmək istəyərkən at onu vurub.
*** 17:21
Bakıda dəhşətli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisənin şahidi olan "APA-Economics"in baş redaktoru İlkin Əhmədov facebbook səhifəsində qeyd edib ki, Maştağa qəsəbəsində yol kənarında at azyaşlı uşağı tapdalayıb. Atın üstündə sahibi olsa da, o, hadisədən yayına bilməyib: “Hazırda uşaq can verir. Uşağı Sabunçu xəstəxanasına apardılar”.
3 saylı Sabunçu xəstəxanasından Lent.az-a bildirilib ki, bu dəqiqlərdə azyaşlı tibbi müəssisənə çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib: “Vəziyyəti ağırdır. Şəxsiyyəti isə hələlik müəyyənləşdirilməyib ”
çap et