525.Az

Rusiya Kiyevə hava zərbəsi endirib


 

Rusiya Kiyevə hava zərbəsi endirib<b style="color:red"></b>

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu təşkil edib. 

525.az Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyev Şəhər Hərbi İdarəsindən verilən açıqlamaya görə, Rusiya qüvvələri səhər saatlarında paytaxt Kiyevə hava hücumu həyata keçirib. Rusiya ordusunun may ayında paytaxta 9-cu hava və raket hücumu həyata keçirdiyi bildirilən açıqlamada: "Mayın əvvəlindən paytaxta ardıcıl doqquzuncu hava hücumu həyata keçirilib. Bu dəfə hücum Xəzər regionundan Tu-95MS, Tu-160 strateji bombardmançıları tərəfindən, yəqin ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib”, - məlumatı verilib. 

Açıqlamada, Rusiya qüvvələrinin hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) da istifadə etdiyi və ilkin məlumata görə, bütün hədəflərin Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib. 

"Raketlərin və PUA-ların növü və sayı ilə bağlı yekun məlumatlar tezliklə Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq", - məlumatda deyilib.

Qeyd edək ki, Ukraynanın müxtəlif bölgələrində hava hücumu xəbərdarlığı səslənməkdə davam edir.

Malik Atilay

 





19.05.2023    çap et  çap et