https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), Azərbaycan Minifutbol Federasiyasının (AMF), “Azfar Group”un, Beynəlxalq Futbol Federasiyasının dəstəyi ilə idman jurnalistlərindən ibarət millimizlə “Qalatasaray” əfsanələrinin İstanbulda, Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçirilib.

525.az-a AİJA-nın mətbuat xidmətindən bildirilib ki, matç klubun UEFA kubokunu qazandığı gündən düz 23 il sonra reallaşıb.

Qarşılaşmadan əvvəl “Qalatasaray”ın məşhur prezidenti Dursun Özbək, AİJA prezidenti Eldar İsmayılov və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva türk dünyasının lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsindəki xidmətlərindən danışaraq bu münasibətlərin əbədi və sarsılmaz olduğunu vurğulayıblar.

AİJA prezidenti Eldar İsmayılov, “Qalatasaray” prezidenti Dursun Özbək, “Qalatasaray”ın idarə heyətinin üzvü Emin İmanov, baş məşqçisi Okan Buruka, AMF prezidenti Taleh Nəsibov, “Azərbaycan” qəzetinin əməkdaşı, “CBC Sport” TV-nin futbol şərhçisi Elçin Cəfərov, AİJA-nın vitse-prezidenti, “Sports.az” saytının rəhbəri Anar Şabanoğlu xatirə hədiyyələrini bölüşüblər.

Sonra “Qalatasaray” əfsanələri ilə Azərbaycan idman jurnalistlərindən ibarət milli komanda üz-üzə gəlib.

Komandalar meydana üzərinə Ulu Öndərin dillər əzbəri “Bir millət, iki dövlət” kəlamı həkk olunmuş bannerlə çıxıb.

Qardaşlıq matçı Dursun Özbəyin və Nərminə Mustafayevanın topa rəmzi zərbələri ilə başlayıb.

Qardaşlıq görüşü 3:3 hesabı ilə sona çatıb.

Komandamızın qollarına iki dəfə fərqlənən “Qarabağ” Futbol Klubunun mətbuat katibi Gündüz Abbaszadə və “Sportal.az” saytının rəhbəri Emin Abbasov imza atıblar.

“Qalatasaray” əfsanələrinin heyətində İlyas Kahmaran 2, Evren Turan 1 qolla fərqləniblər.

Oyundan sonra “Qalatasaray” İdman Klubu ziyafət təşkil edib.

AİJA-nın 17 nəfərdən ibarət futbol nümayəndə heyəti İstanbulun Bosfor sahilindəki axar-baxarlı məskənlərindən birində salınmış Heydər Əliyev parkında ucalan Ulu Öndərin əzəmətli abidəsi önünə tər güllər düzərək rəhbərimizin əziz xatirəsini qürur hissi ilə yad ediblər.

Beynəlxalq səviyyəli bu əzəmətli görüş AİJA-nın idman jurnalistlərinin iştirakı ilə keçirilən ilk uğurlu layihə deyil. Təşkilat öz milli yığması 2010-cu və 2022-ci illərdə “Neftçi” veteranları ilə üz-üzə gəlib, 2014-cü il iyulun 3-dən 8-dək Kişinyov şəhərinin yaxınlığında, Dnestr çayı vadisində milli futbol yığmasının yaşıllıqlarla əhatə olunmuş təlim-məşq bazasında Moldova İdman Jurnalistləri Assosiasiyasının ölkənin Gənclər və İdman Nazirliyi və milli futbol federasiyasının dəstəyi ilə həyata keçirdiyi, Avropanın 8 ölkəsinin – Almaniya, Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya, Polşa, Litva və Moldova jurnalistlərindən ibarət milli yığmaların qatıldığı Beynəlxalq Media Kubokunun gümüş mükafatçısı olub.

Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi şərəfinə əlamətdar bir gündə doğma “Qalatasaray” əfsanələri ilə baş tutan bu simvolik qarşılaşmanın isə həm qardaş ölkə klubu, həm də AİJA tarixinin qızıl səhifələrinə çevriləcəyi şəksizdir.

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

Şəkil sayı: 6
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.