525.Az

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb - ABŞ institutu


 

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb - <b style="color:red">ABŞ institutu</b>

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb.

525.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmalaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bunun əsas səbəbi ölkədə edamların sayının artmasıdır: “Dünən, mayın 19-da rejim əleyhinə 10 etiraz aksiyası keçirilib. Bu, son bir həftə ərzində üçün rekord göstəricidir. Dünən, həmçinin 3 nəfər edam edilib”.

Qərb analitiklərinin fikrincə, edamlar rejim əleyhinə əhval-ruhiyyəni gücləndirməyə davam edəcək.

Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

 





20.05.2023    çap et  çap et