525.Az

Rişi Sunak Zelenski ilə görüşüb


 

Rişi Sunak Zelenski ilə görüşüb<b style="color:red"></b>

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yaponiyada keçirilən G7 Sammiti çərçivəsində Ukrayna prezidenti Zelenski ilə görüşüb.

525.az xarici KİV-ə istinadən xbər verir ki, Rişi Sunak Prezident Zelenskinin G7-yə səfərini tarixi bir məqam və Rusiyanın təcavüzünə qarşı beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyinin nümayişi kimi alqışlayıb.

R.Sunak bir daha bəyan edib ki, Böyük Britaniya Ukraynaya müharibədə qalib gəlmək və ədalətli sülhü təmin etmək üçün lazım olan hərbi yardımı davam etdirəcək.

Liderlər G7 ölkələri və digər tərəfdaşlarla Ukraynaya dəstək,Rusiyanın sabitliyi pozan və qeyri-qanuni davranışlarına qarşı tədbirlər haqqında danışıqların irəliləyişini səbirsizliklə gözlədiklərini bildiriblər.

 





21.05.2023    çap et  çap et