525.Az

Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayrılıb


 

Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayrılıb<b style="color:red"></b> Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
 





23.07.2014    çap et  çap et