525.Az

Xaçmazda kütləvi dava: 1 ölü, 2 yaralı


 

Xaçmazda kütləvi dava: <b style="color:red">1 ölü, 2 yaralı</b>

İyulun 23-də, axşam saatlarında Xaçmaz şəhərində kütləvi dava baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb.
 
Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib.
 
Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
 
Hadisəni törədən şəxslər olay yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

 





24.07.2014    çap et  çap et