525.Az

Bu gün erməni terrorçularının sponsoruna ittiham elan ediləcək


 

Bu gün erməni terrorçularının sponsoruna ittiham elan ediləcək<b style="color:red"></b> Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki terrorçu və separatçı ermənilərin sponsorlarından biri Levon Ayrapetyana iyulun 24-də ittiham elan olunacaq.
 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ona qarşı “cinayət yolu ilə iri məbləğdə pul əldə etmək, çirkli pulların yuyulması” ittihamları irəli sürülüb.
 
Xatırladaq ki, Moskvanın Basman məhkəməsi iyulun 17-də “sahibkar” adı altında fəaliyyət göstərən L.Ayrapetyan barəsində iki aylıq həbs qətiimkan tədbiri seçib. Başqa sözlə o, sentyabrın 15-dək həbsdə saxlanılacaq.
 
Bundan başqa onun “Başneft” şirkətindəki 300 milyon rubldan (təxminən 10 milyon manat) artıq aksiyaları da dondurulub.
 





24.07.2014    çap et  çap et