525.Az

Ukrayna Baxmutun bir sıra mövqelərini geri qaytarıb - YENİLƏNİB


 

Ukrayna Baxmutun bir sıra mövqelərini geri qaytarıb - <b style="color:red">YENİLƏNİB</b>

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıblar.

525.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində danışıb.

"Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub", - Çerevatı bildirib.

O qeyd edib ki, Baxmut Rusiya hərbçiləri  üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

***

Ukraynanın 3-cü həmlə briqadası Baxmut ətrafında bəzi əraziləri işğalçı qüvvələrdən təmizlədiyini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə briqadanın mətbuat xidməti məlumat yayıb.

“1 730 m uzununa, 700 m isə içəriyə ərazi düşməndən təmizlənib. Ukraynalı döyüşçülərin əvvəllər tutduqları mövqeləri geri qaytarmağa çalışarkən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının bölmələri darmadağın edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, mayın 20-dəki döyüşlərdə Rusiyanın 23 hərbçisi öldürülüb, 40 nəfər isə yaralanıb. Həmçinin qarşı tərəfin texnikası, o cümlədən tankları məhv edilib.

“Düşmən hücumlarını uğurla dəf edərək inamla irəliləyirik”, - məlumatın yekununda vurğulanıb.

Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti, daha sonra Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərinin ələ keçirildiyini açıqlasalar da, rəsmi Kiyev bu məlumatı təkzib edib.

 





21.05.2023    çap et  çap et