525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Aktyorlar xoşbəxt kral və kraliçanın portretlərini nümayiş etdirdilər. Lakin səhnədə oynanılan roldakı kral xəstə idi, arvadının ikinci əri barədə maraqlandı. Oynanılan kraliça iddia edirdi ki, o, heç vaxt bir daha ərə getməyəcəkdir. Kraliçanı oynayan aktrisa iddia edir ki, o, heç vaxt yenidən ərə getməyəcəkdir. Səhnədəki  yatan kralı zəhərləmək üçün yeni aktyor otağa daxil olur. Hamlet deyir ki, bu adam ölən kralın arvadını ələ keçirmək üçün qəsd hazırlamışdır. Bu səhnə göstəriləndə Klavdi yerindən qalxdı və "İşıq verin" deyə qışqırmağa başladı. Hamlet və Horatsio pyesə Klavdinin reaksiyasını təqsirkar adama məxsus olan kimi qəbul etdilər. O, həqiqətən də, Hamletin atasını öldürməli idi.

Rozenkrants Hamletə deyir ki, anası onu çağırır, o, keçmiş dostlarını, onu manipulyasiya etmək üçün onların necə gəldiklərini, onda tütək kimi çalmaq istədiklərini nümayiş etdirdi. Təklikdə, Hamlet qisas üçün böyüyən yanğısını özü üçün aşkar etdi.

Kral da təklikdə, öz günahının bağışlanması üçün kilsədə onu etiraf etmək  kimi bəd bir istəyi ilə mübarizə aparırdı. Kral peşman olduğu üçün diz çökdü. Bu vaxt Hamlet daxil oldu. Atasının qatilindən intiqam almaq üçün ideal bir imkan var idi. Lakin Hamlet dua edən Klavdini öldürməyi bacarmır.

Hamletin hədələdiyi Poloni bu vaxt pərdənin arxasında olmaqla, Gertrudaya yaxın dayanmışdı. Kraliça qorxaraq onu çağırdı və Poloni cavab verəndə, özünün otağı ayıran pərdənin arxasında olduğunu açıb göstərdi. Hamlet, elə pərdənin arxasında olanda ona qılıncla zərbə vurdu, həm də anasından atası kralın öldürülməsi barədə soruşdu. Şəbeh qaydasında ölən Poloninin cəsədini yoxlayan Hamlet anasının hərəkətinə nifrətini bildirdi. Lakin Gertruda onun nə demək istədiyini anlamadı. Bildirdi ki, onun ərə getməsi ilə o, dəf edilmişdir. Kraliça nəticədə öz səhvini görüb, onun sakit olmasını xahiş etdi. Lakin Hamlet Gertrudanı kabusun özü kimi ittiham edərək, onu bomba atəşinə tutmuşdu.

Kraliça oğlunun qəribə reaksiyasını hiss etdi. Şübhələndi ki, Hamlet hallüsinasiyadadır. Lakin Hamlet təkid edirdi ki, o, heç də ağlını itirməmişdir və o, arzu edir ki, onun şəhvət düşkünü olan anası ən azı namuslu olmağa çalışsın. Əgər o, Klavdinin yatağını tərk etsə, müəyyən vaxtda mümkündür ki, o, hətta namuslu bir qadına çevrilə bilər. Hamlet anasından xahiş edir ki, ərinə desin ki, Hamlet onun sirrini bilir. Ona görə də Hamlet tezliklə İngiltərəyə getməlidir. O, anasının yadına salır ki, öz xəyanət planınını cəzası kimi onu Rozankrants müşayiət edəcəkdir. Hamlet Poloninin meyitini sürüyərək otağı tərk edir.

Kral və kraliça Hamletin Polonini qətlə yetirdiyini müzakirə edirlər. Hamleti çağırırlar ki, Poloninin cəsədini harada qoyduğunu desin. Lakin o, cavab verir ki, yer açılmayana qədər bu, müəmmalı olaraq qalacaqdır. Hamlet öz təhlükəsizliyi üçün İngiltərəyə getməlidir. Təklikdə, Klavdi sevinir ki, o, özündən asılı olmadan İngiltərəyə möhürlənmiş məktublar aparacaqdır, onlarda da onun öldürülməsi əmr ediləcəkdir.

Danimarka düzənliyində Hamletin şansına görə Fortinbrasın ordusunun kapitanı vuruş üçün Polşaya yürüş etməkdən ötəri yaramayan ərazilərdən keçməli olduqlarını danışır. Bu xəbər Hamleti provakasiya edir ki, öz düşüncələrini ifadə etsin və özünün intiqam barədə alovlanan arzusunun həyata keçməsi üçün ona konkret formada imkan verilsin.

Kraliça, bəxti dağılmağa məruz qalan Ofeliyanı qəbul edir, o, özünün hisslərini oxuduğu matəm şərqilərində ifadə edir. Klavdi təşviş keçirir, Fransadan qayıdan Laert Danimarka kralı tərəfindən qəbul edilib, salamlanmalıdır. Laert gəlib çıxır, o, öldürülmüş atasına görə cavab tələb edir. Laert öz bacısına olan borcuna görə olduqca pis vəziyyətə düşmüşdür. Ofeliya mahnılarında itmişdi və çiçəklər barədəki fikirlərdən uzaqlaşmışdı. Laertlər Hamletə qarşı qisas yolu axtarırdılar. Horatsio Hamletdən məktub alır ki, dəniz quldurları onları əsir götürmüşdür, Rozenbrants hələ də özünün İngiltərəsinə qayıtmaq istəyir.

Horatsio, nəhayət, Hamletə qoşulmalıdır. Çünki o, şok yaradan bəzi xəbərləri ona çatdırmalıdır.

Klavdi Laertə deyir ki, Hamletin cinayəti cəzasız qaldı, çünki o, qıza vurulmuşdu. Məktub gəlib çıxır ki, Hamlet geri dönür. Bundan şoka düşən Klavdi Laertdən soruşur ki, əgər o, atasını sevirsə, onun ölümünə görə qisas almaq kifayətdirmi? Laert deyir ki, tiyəsi ölümcül zəhərə batırılmış bir qılıncla o, Hamletlə vuruşacaqdır. Klavdi həmçinin təklif edir ki, Hamleti zəhərləmək üçün əlavə fayton hazırlansın. Laertin uduzması baş verdiyi halda Hamlet onu öldürəcəkdir. Gertruda Ofeliyanın suda batıb öldüyü xəbərini verdikdə, Laertin qüssəsi daha da dərinləşir.

Qəbirqazanlar Ofeliyanın dəfni üçün hansı doktrinanın uyğun gəldiyini müzakirə edirlər, axı o, özünü intihar etmişdir ki, xristian dəfnini qəbul etsin. Bir qəbirqazan oxuyur, Hamlet Horatsio ilə birlikdə qayıdır, qəbirqazanın guya özünü işləyən kimi göstərməsi üçün meyitlərin sümüklərini kənara atdığını görüb, təəccüblənir. Hamlet bir kəlləni yoxlayır və qeyd edir ki, insan məxluqu necə də toza çevrilir.

Saray adamları gəlir, Ofeliyanın tabutunu gətirirlər və dərd zərbəsi dəymiş Laertin ailəsi onun bacısının qəbrinə tullanırlar. Hamlet irəli çıxır ki, Laertlə vuruşsun, iddia edir ki, onun dərdi daha böyükdür. "Sən bura mübarizə aparmağa gəlmisən / Mənim gözlərim qarşısında onun qəbrinə tullanırsan". Ancaq Laertin intiqam anı yaxınlaşanda, Horatsio Hamleti uzaqlaşdırır. Hamlet Horatsioya deyir ki, onun İngiltərədə öldürülməsi barədə kralın göstərişini necə də aça bilmədi. Hamlet orijinal məktubun yerinə saxta məktub qoyur ki, orda guya Rozanbrantsın öldürülməli olduğu yazılır. Lakin Hamlet peşman olur ki, Laert ona görə qüssəyə qərq olmuşdur və Laertin onu qılınc döyüşünə dəvətini qəbul edir. Saray adamları gəlir, Hamlet Laerti təsirli qaydada salamlayır. Laert onun dediklərini qəbul edir və onlar qılıncları seçirlər.

Kral elan edir ki, Hamlet qələbə çaldığı istənilən bir vaxtda o, bu şərəfə şərab qədəhi qaldıracaqdır. Hamlet zərbə vuraraq döyüşü udur. Gertruda da oğlunun şərəfinə badə qaldırır. Lakin Hamlet üçün artıq zəhərlənmiş fayton nəzərdə tutulmuşdur. Laert və Hamlet vuruşun qarışıqlığında qılınclarını dəyişərək bir-birini yaralamışdılar və döyüş davam edəndə, Laert bu vaxt Hamletin əlində olan öz zəhərlənmiş silahı ilə yaralandığından yıxıldı. O, Hamleti xəbərdar etdi ki, o da həmçinin tezliklə taqətdən düşəcəkdir və bunların hamısı Klavdinin günahıdır. Hamlet kralı öldürmək üçün zəhərli rapiradan istifadə edir. Laert ölümdən əvvəl Hamletdən bir-birini bağışlamağı xahiş edir. Hamlet Horatsiodan xahiş edir ki, onun əhvalatını başqalarına da danışsın.

Fortinbrasın qalib ordusunun Polşadan qayıdıb, yaxınlaşdığını eşitdikdə, Hamlet öz sonuncu arzusunu ifadə edir: "Qoy həmin Fortinbras Danimarkanı idarə etsin". İngiltərədən səfirlər gəlir ki, Rozenkrantsın və Hamletin digər uşaqlıq dostunun öldürüldüyü xəbərini versinlər. Horatsio vəd edir ki, baş verən qırğını Fortinbrasa çatdıracaqdır. Danimarka şahzadəsinin faciəvi varis kimi taxt-taca qalxmamasının təsiri ilə, Fortinbras əsgərlərinə Hamleti dəfn etməyi əmr edir.

Şekspir, güman ki, Hamlet əhvalatını öz fərdi səbəblərinə görə üzə çıxarmışdı. 1596-cı ildə 11 yaşlı oğlunun ölümü, əkizlərdən biri olmaqla, onun adı Hamnet idi, "Hamlet"in yazılması üçün dərin bir intim səbəb olduğunu sübut edir. Pyes ataların və oğulların qurtarmayan qüssələrini və mənəviyyatını əks etdirir.

"Hamlet" insan təbiətinə nüfuz edən unikal ədəbiyyat kimi oxunurdu, əsər həm də onun intiqam draması kimi bu hissin heç də şişirdilməyən qüvvəsini əks etdirir. Hamletin məşhur ifadələrindən daha çox işlənəni "To be or not to be" (Cəfər Cabbarlının Azərbaycan dilinə tərcüməsində "Olum, ya ölüm" kimi verilmişdir) kəlməsidir. Səhnədə oynayan kraliça kimi Gertruda qeyd edir ki, "Mənə belə gəlir ki, Ledi olduqca çox etiraz edir" və ya Hamlet Ofeliya ilə mübahisə edəndə deyir: "Sən qadın monastırına yollan". Beləliklə, pyes yeni oxucularına da tanış olur və daim onları təəccübləndirir. Çünki sözlər və dialoqlar elektrik təsiri göstərməklə, təşviş doğuran iti ağıldan xəbər verənə dönür.

Şekspir toplusunda heç bir rol Hamlet kimi aktyorlara daha uyğun gələn sayılmır. Nəhəng müəmma olan Hamlet rolu Şekspir pyesində müstəqil mövcudluğa malikdir.

Psixioanalizin banisi Ziqmund Freyd 1900-cü ildə Hamletin bir universal yararlılığını qeyd edir, alim ondan özünün depressiya nəzəriyyəsinin illüstrasiyası kimi istifadə edir. "Hamlet hər şeyi etməyə qadirdir, təkcə onun uşaqlığının depressiv arzularını ona göstərən adamdan qisas almaqdan başqa".

 

"Otello" pyesi

 

Şekspir Otellonu həm ən çox nifrət edilən bir əclaf, həm də əzab çəkən faciə qəhrəmanı kimi yaradır. Şekspir sağ olanda "Otello"nun üç tamaşası rekord sayda tamaşaçı kütləsi yığmışdı. 1604-cü ildə ilk dəfə tamaşa Uaythollda kral Ceymsə göstərilmişdi. Yaqonun patoloji dostluğuna dramatik ədəbiyyatda üstün gələn olmadı. O, Otellonun şərəfinə, məhəbbətinə və prinsiplərinin saflığına qarşı çıxır. Beləliklə, qara mavr Otello obrazı ilə Şekspir irqi məsələlərə də toxunur. Bu stereotiplər onun günlərində auditoriya tərəfindən qəbul olunurdu.

Mavr Otello Venetsiyaya gəlmiş mühacir olmaqla, Venetsiya respublikasının ən heyranedici hərbi komandiridir. Mavrın ekzotik keçmişinə vurulan Dezdemona onu sevməyə başlayır və ona qoşulub qaçır. Pyesin hadisələr gedişi başlanır, Venetsiya özünü Osmanlı türklərinin hücumundan müdafiəyə hazırlayır. Keçmiş təcrübələrində olduğu kimi, Venetsiya liderləri bu dəfə güclü hərbçi kimi Otellonu onların hərbi-dəniz qüvvələrinə başçılıq etməyə çağırırlar. Lakin nüfuzlu senator Brabantio, o, həmçinin Dezdemonanın atasıdır, qızının Otelloya ərə getdiyini bildikdə, qəzəblənib, Mavrı qızını oğurlayarkən cadugərlikdən istifadə etməkdə ittiham edir. Ondan fərqli olaraq, şəhərin digər senatorlarını daha çox Venetsiyanın mühafizə edilməsi maraqlandırır, müzakirədə onlar Otellonun tərəfini tuturlar.

Pyesin hərbi konteksti ancaq qısa müddətdə mövcud olur, başlıca diqqət sonra aparılacaq özəl müharibələrin intensivliyinə verilir. Və bu emosional arenada Otello olduqca az bir təhlükəsizliyə malikdir. Onun yaxın köməkçisi Yaqo ilk olaraq Kassionu tələyə salır, tezliklə başa düşür ki, Otellonun özünün də ayağının altını qazmağa onun gücü çatacaqdır. Bu vaxt Otello Yaqonun baş antoqonisti olur,  qısqanclıq isə onu əsl monstra çevirir.

Pyesi təşkil edən pərdələrin çoxlu ictimai çıxışlarla doludur, lakin final səhnəsi Dezdemonanın yataq otağındakı faciəvi bir yaxınlıqda olan hadisəni təsvir edir.

Yaqo intiqam axtarır. Otello Kassionu irəli çəkir və Yaqo öz hərbi rəisinin acığına yenə də aşağı rütbəli zabit olaraq qalır.

Gecə Yaqo kübar Brabantioya xəbər verir ki, onun qızı və Otello "iki bel sütunu ilə heyvan düzəldirlər". Yaqonun dostu daha az bir kobudluqla bildirir ki, Dezdemona Otelloya qoşulub qaçmışdır. Brabantio Otellonu yanına çağırır.

Yaqo Otellonu xəbərdar edir ki, Brabantio nikahına görə onu hədələyəcəkdir. Lakin Otello özünə əmin olmaqda davam edir. "Mənim tərəfimdəki mənim titulum və həqiqi könlümdür./ Mənə düzgün olanı elan edəcəkdir".

 (Ardı var)

 

 





22.05.2023    çap et  çap et