525.Az

Millətimiz artıq öz iradəsini nümayiş etdirib - Ərdoğan


 

Millətimiz artıq öz iradəsini nümayiş etdirib - <b style="color:red">Ərdoğan</b>

"Millətimiz mayın 14-də Türkiyə Böyük Millət Məclisində deputat yerinin çox hissəsini, yəni 323-ünü “Cümhur İttifaqı”na verməklə, əslində, öz iradəsini nümayiş etdirib".

525.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından paylaşıb.

Prezident Ərdoğan sosial media hesabından mayın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlara müraciət edib.

Ərdoğan paylaşımında: “Mayın 28-də seçkiyə gedəcək bütün bacı-qardaşlarımdan bu sualları səmimi qəlbdən soruşmaq istərdim.

Dünən ağ dediyinə bu gün qara deyən, dünən dediyini inkar edən, “çarıqçı” kimi tanınan adama təbii ki, inanmaq, övladlarımızın gələcəyini etibar etmək olmaz. Millətimiz mayın 14-də 323 deputatla Məclisin çoxluğunu “Cümhur İttifaqı"na verməklə əslində öz iradəsini bəyan edib.

Prezidentlikdə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi. İnşallah 28 mayı sevimli millətimizin iradəsi və dəstəyi ilə rekord səslə başa vuracağıq”, - deyib.

Qoşqar Bəylərov

 





22.05.2023    çap et  çap et