Türkiyədə keçirilən prezident seçkilərində "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turu ilə bağlı qərarını bu gün açıqlayacaq.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Oğan qərarını yerli vaxtla saat 17:00-da elan edəcək.
Qeyd edək ki, Türkiyə Ali Seçki Kommissiyasının (YSK) açıqladığı rəsmi nəticələrə görə "ATA İttifaqı"nın prezidentliyə vahid namizədi Sinan Oğan seçkinin birinci turunda 2 milyon 831 min 239 (5,17 faiz) səs toplayıb. O, seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də “Millət İttifaqı”nın ortaq namizədi Kemal Kılıçdaroğlu ilə görüş keçirib.
Qoşqar Bəylərov
çap et