"Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.
“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması, nəticə etibarilə, Qafqaza uzunmüddətli sülh gətirəcək”, - dövlət başçısı əlavə edib.
çap et