525.Az

Bakıda “Azəriqaz”ın əməkdaşı döyülüb


 

Bakıda “Azəriqaz”ın əməkdaşı döyülüb<b style="color:red"></b>

Bakıda xuliqanlıq hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində qeydə alınıb.
 
“Azəriqaz” İB-nin əməkdaşı Asif Arazxan oğlu Camalov naməlum şəxs tərəfindən döyülüb. A. Camalov bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 





24.07.2014    çap et  çap et