525.Az

Məşhur gitara rekord qiymətə satıldı


 

Məşhur gitara rekord qiymətə satıldı<b style="color:red"></b>

ABŞ-nin "Nirvana" rok qrupunun keçmiş solisti Kurt Kobeynin sındırdığı gitara auksionda təxminən 600 min dollara satılıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki Hard Rock Cafe-də keçirilən auksionda 1994-cü ildə dünyasını dəyişən Amerika rok qrupu "Nirvana"nın keçmiş solisti Kurt Kobeynin sındırdığı Fender Stratocaster gitara gözlənilən qiymətdən 10 qat baha satılıb. Gitaranın 1990-cı illərin əvvəllərində "Nirvana"nın məşhur albomları üzərində Nevermind üzərində işləyərkən sındırıldığı bildirilib. 

"Julien's Auction House" tərəfindən verilən açıqlamada gitaranın 596 min dollarlıq alıcısı olduğu bildirilsə də, alıcının kimliyi açıqlanmayıb.

Qeyd edək ki, iki il əvvəl Kobeynin 1993-cü ilin sonunda əfsanəvi MTV Unplugged ifası üçün istifadə etdiyi akustik gitara 6 milyon dollara satılmışdı. "Julien's Auction House"in üç günlük davam edən satışına Elvis Presley, Freddie Mercury, Janet Jackson və Dolly Parton kimi digər musiqi əfsanələrinin xatirələri də daxil edilib.

Malik Atilay

 





22.05.2023    çap et  çap et