525.Az

417 qədim Maya şəhəri tapıldı


 

417 qədim Maya şəhəri tapıldı<b style="color:red"></b>

Qvatemalada alimlər eramızdan əvvəl 1000-ci ilə aid 417 Qədim Maya şəhərini kəşf ediblər. 

525.az ABŞ mediasına istinadən xəbər verir ki, ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatının tədqiqatçıları “Washington Post” qəzetinə verdiyi müsahibədə, təxminən 3000 il əvvələ aid 177 kilometr “magistral” ilə birləşən 417 şəhər aşkar etdiklərini açıqlayıblar. Bu kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən düşünməyə vadar edib. 

Qəzet yazır ki, yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların indi əvvəllər düşünüldüyündən daha inkişaf etdiyini göstərir.

Malik Atilay

 





22.05.2023    çap et  çap et