525.Az

"WhatsApp"a mesaj redaktə funksiyası gəlir


 

"WhatsApp"a mesaj redaktə funksiyası gəlir<b style="color:red"></b>

"Meta" istifadəçilərin "WhatsApp" vasitəsilə göndərdikləri mesajları 15 dəqiqə ərzində redaktə edə biləcəklərini açıqlayıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi "Meta"nın açıqlamasına görə, “WhatsApp” istifadəçilərinə söhbətlərinə daha çox nəzarət edə biləcək yeni funksiya gətirilib. İstifadəçilər göndərdikləri mesaja uzun müddət basaraq “redaktə et” seçimi ilə 15 dəqiqə ərzində dəyişiklik edə biləcəklər. 

Qeyd edək ki, redaktə edilmiş mesajlar "redaktə edilmiş" kimi qeyd olunacaq, lakin mesaj göndərilən kontaktlar redaktə tarixçəsini görə bilməyəcəklər.

Malik Atilay

 





23.05.2023    çap et  çap et