525.Az

Müharibə Rusiyanın ərazisinə keçir?


 

Müharibə Rusiyanın ərazisinə keçir?<b style="color:red"></b>

Mayın 22-də özlərini "Rusiya azadlığı legionu" adlandıran qrupun "Rusiya könüllülər korpusu" ilə birlikdə Belqorod vilayətinin 6200 nəfər əhalisi olan Qrayvoron şəhərinə hücum etdiyi barədə xəbər yayıldı. Daha sonra isə sosial şəbəkələrdə bu xəbəri təsdiqləyən videoalar paylaşılmağa başlandı. Öncə bu məlumatları təsdiqləməyən Rusiya rəsmiləri Belqorad vilayətinin Qrayvoron şəhərinə "Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu" daxil olduğu haqqında məlumat yaymağa başladılar. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sərhəd xidmətinin qvardiya və təhlükəsizlik xidmətləri ilə birlikdə düşməni məhv etmək üçün lazımi tədbirlər gördüyü haqqında açıqlama yaydı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belqorod vilayətində baş verən hadisələrlə bağlı Vladimir Putinin məlumatlandırıldığını bilirdi. Peskov dedi ki ki, Müdafiə Nazirliyi, FTX və Sərhəd Xidməti Ali Baş Komandana Ukrayna diversiya qrupunun Belqorod vilayətinə soxulmaq cəhdi barədə məlumat verib: "Onların Rusiya ərazisindən sıxışdırılıb çıxarılması və bu təxribat qrupunun məhv edilməsi istiqamətində işlər aparılır". Peskov bildirdi ki, belə təxribatların məqsədi diqqəti Baxmut istiqamətindən yayındırmaq, Ukrayna tərəfinin Artemovski itirməsinin siyasi təsirini minimuma endirməkdir.

Sosial şəbəkələrdə isə mayın 22-də sərhədyanı Qrayvoron rayonun Dronovka, Qlotovo və Kozinka kəndlərində silahlı qrupların peyda olduğu barədə xəbərlər əksini tapmışdı. Ukrayna ordusuna məxsus tank və zirehli maşınların daxil olduğu haqqında məlumatlar isə təsdiqini tapmadı. Qrayvoronda atışma zamanı şəhər administrasiyası rəhbərinin müavini və Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı yaralandı.

"Rusiya azadlığı legionu"nun teleqram kanalında "Legion evə qayıdır" sözləri ilə ruslara müraciət yayıldı: "Sərhəd rayonların sakinləri! Evdə qalın, müqavimət göstərməyin və qorxmayın: biz sizin düşmənləriniz deyilik". Legionun ağ-göy-ağ bayraqları "azad edilmiş şəhərlərin üzərində" dalğalandığı foto dərc etdi. Legionun məlumatında "Rusiya könüllülər korpusu" ilə birlikdə Belqorod vilayətindəki Kozinka qəsəbəsini tamamilə azad etdiklərini və qabaqcıl dəstələrin Qrayvoron şəhərinə daxil olduqları da öz əksini tapdı: "Rusiyanın təhlükəsizlik qüvvələri bizi artilleriya ilə ört-basdır etməyə və hava zərbələri endirməyə çalışır. Vəziyyət çətindir, amma biz dayanıb davam edirik".

Bütün bunlar hərbi əməliyyatların Ukraynadan Rusiya ərazisinə keçməyə başladığını göstərir. Müharibənin şiddətlənməsi ilə bu prosesin də miqyasının genişlənəcəyi gözlənilir. Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin əhalisi isə güc strukturlarının onları qoruya biləcəyinə inanmır və buna görə əhaliyə silah verilməsini tələb edirlər.

 

 

 

 

 





25.05.2023    çap et  çap et