525.Az

Palata: "Bəzi xərclərin uçotu vahid büdcə təsnifatına uyğun aparılmayıb"


 

Palata: "Bəzi xərclərin uçotu vahid büdcə təsnifatına uyğun aparılmayıb"<b style="color:red"></b>

Azərbaycanda ötən il bəzi istiqamətlər üzrə xərclərin uçotu və hesabatlılığı vahid büdcə təsnifatının tələblərinə uyğun şəkildə aparılmayıb, bəzi istiqamətlər üzrə büdcə parametrlərinin tanınması ilə bağlı qeyri-müəyyənliklər yaranıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.

"2022-ci ilin dövlət büdcəsində icra edilmiş xərclər 2021-ci ilə nisbətən artıb, bu, əsasən sosialyönlü xərclərin, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün, eləcə də ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədilə müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitin artımı ilə əlaqəli olub. Bütün bu dəyişikliklər büdcənin icra vəziyyətinə təsir göstərib. Hesablama Palatası tərəfindən qurumların təqdim etdikləri məlumatlar əsasında dövlət büdcəsi xərclərinin əhəmiyyətli hissəsinin üzləşdirilməsi həyata keçirilib, əhəmiyyətli kənarlaşma aşkar olunmayıb", - deyə sənəddə qeyd olunub.

 





24.05.2023    çap et  çap et