525.Az

"Gazprom"un xalis mənfəəti 2022-ci ildə 41 faiz azaldı


 

"Gazprom"un xalis mənfəəti 2022-ci ildə 41 faiz <b style="color:red">azaldı</b>

Rusiyanın enerji şirkəti "Gazprom"un xalis mənfəəti illik müqayisədə 41 faiz azalaraq 2022-ci ildə 1,2 trilyon rubla (təxminən 15,3 milyard dollar) enib.

525.az xəbər verir ki, "Gazprom"un açıqlamasına görə, şirkətin gəlirləri əvvəlki illə müqayisədə ötən il 10,2 trilyon rubldan 11,6 trilyon rubla yüksəlib. Şirkətin 2022-ci ilin xalis mənfəəti isə 2021-ci ilə nisbətən 41 faiz azalaraq 1,2 trilyon rubla düşüb və bu azalmaya baxmayaraq yüksək səviyyədə mənfəət təmin edilib. Açıqlamada mənfəətin azalmasının əsas səbəbi kimi ötən ilin ikinci yarısında vergi ödənişlərinin artması göstərilib.

Qeyd edək ki, Avropanın bir çox ölkəsi Ukraynadakı müharibə səbəbindən Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq qərarı almışdı.

Məhəmməd Tağıyev

 





24.05.2023    çap et  çap et