525.Az

Çinin son imperatorunun qol saatı 5,1 milyon dollara satıldı


 

Çinin son imperatorunun qol saatı 5,1 milyon dollara satıldı<b style="color:red"></b>

Çindəki Qing sülaləsinin sonuncu imperatoru Aisin-Gioro Puyiyə məxsus qol saatı Honq-Konqda keçirilən hərracda təxminən 5,1 milyon dollara alıcı tapıb.

525.az xəbər verir ki, "Phillips Asia" tərəfindən təşkil edilən hərracda "Patek Philippe" qol saatına 3 milyon dollardan çox başlanğıc qiyməti ödənilib. Adı açıqlanmayan alıcı bu saatı 5,1 milyon dollarlıq son təkliflə əldə edib ki, bu da bir sülalə saatı üçün ödənilən ən yüksək qiymətdir.

Qeyd edək ki, bundan əvvəl Vyetnamın sonuncu imperatoru Bao Daiyə məxsus "Rolex" saatı 5 milyon dollara, Efiopiyanın sonuncu imperatoru Haile Selassienin "Patek Philip" saatı isə 2,9 milyon dollara satılmışdı.

Məhəmməd Tağıyev

 





24.05.2023    çap et  çap et