525.Az

“Magistr” jurnalının 3-cü nömrəsi nəşr edilib


 

“Magistr” jurnalının 3-cü nömrəsi nəşr edilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 3-cü nömrəsini nəşr edib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" təqdim olunub.

Jurnalda, həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2023/2024-cü tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magistraturasına qəbul elanı da dərc olunub.

“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Sevinc Qarayeva 

 





24.05.2023    çap et  çap et