525.Az

Aİ və “Google” süni intellekt razılaşmasına hazırlaşır


 

Aİ və “Google” süni intellekt razılaşmasına hazırlaşır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyası və “Google”, süni intellekt sahəsində çalışan bütün şirkətlərin iştirakı ilə sahəyə yeni qaydalar gətirəcək razılaşma üzərində işləyəcək.

525.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aİ Komissiyasının Daxili Bazar və Sənaye Üzvü Thierry Breton Brüsseldə “Google”un baş icraçı direktoru (CEO) Sundar Piçai ilə görüşdən sonra sosial media hesabında paylaşım edib.

“Biz istəyirik ki, Avropada texnologiya məlumatların qorunması, onlayn təhlükəsizlik və süni intellektlə bağlı bütün qaydalarımıza uyğun gəlsin”, - deyən Breton, Avropadakı şirkətlərin istədikləri kimi davrana bilməyəcəyini vurğulayıb.

Breton, “Google”un baş direktoru Piçainin bu vəziyyətdən xəbərdar olduğunu və bütün Aİ qaydalarına əməl etməyə sadiq olduğunu bildirib.

Piçai və Aİ-nin könüllü olaraq süni intellekt paktını inkişaf etdirmək üçün süni intellekt sahəsindəki bütün əsas aktyorlarla işləmək mövzusunda razılaşdıqlarını deyən Breton, bu paktın Aİ-nin süni intellekt qanunundan əvvəl qurulmasının gözlənildiyini bildirib.

Qeyd edək ki, Piçainin Brüssel təmasları çərçivəsində Aİ Komissiyasının vitse-prezidentləri Vera Jourova və Marqaritis Şinas ilə görüşəcəyi gözlənilir.

Qoşqar Bəylərov

 





24.05.2023    çap et  çap et