525.Az

Mangistau vilayətində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib


 

Mangistau vilayətində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib<b style="color:red"></b>

Mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə və Diasporla İş üzrə Dövlət Komitəsinin, Baş Konsulluğun təşkilatçılığı ilə Mangistau vilayətinin Xalq Assambleyasında - Dostluq evində, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir 3 hissədən ibarət olub - fotosərgi, konsert proqramı və furşet.  

525.az xəbər verir ki, Mangistau Vilayət Akimi (qubernatoru) Nurlan Noqayev başda olmaqla rəsmi qonaqlar ilk öncə fotosərgiyə baxış keçirib, sonra isə konsert programında iştirak ediblər. Konsert proqramında ilk öncə dövlət himnləri səsləndirilib. Sonra aparıcı İlkin Orucov Ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək, sözü Baş Konsulluğun başçısı Elçin Məmmədova verib.

Elçin Məmmədov Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında xüsusi xidmətləri barədə məlumat verib.

Bununla yanaşı, cari ilin aprel tarixində Astana şəhərində Ümummilli lider Heydər Əliyevin adına əbədiləşdirilmiş parkda iki ölkənin Prezidentlərinin Ulu öndərlə bağlı bölüşdüyü xatirələrdən danışıb.  

Sonda qonaqlara tədbirdə iştirak edərək, xalqımızın böyük oğlu Heydər Əliyevə tərəflərindən göstərilən xüsusi hörmətə görə  hər kəsə təşəkkürünü bildirib.

Daha sonra Mangistau Vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Ulu öndər Heydər Əliyevin iki tərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərindən danışıb və daim Qazaxıstan xalqına və dövlətinə göstərdiyi xüsusi rəğbətdən danışıb. Bununla yanaşı, Ulu öndər tərəfindən bünövrəsi qoyulmuş yüksək səviyyəli tarixi əlaqələrin günü gündən daha da inkişaf etdiyini bildirib. Qazaxıstanın bir çox sahələrində Azərbaycan təcrübəsini paylaşıldığını və Azərbaycanda gedən sosial iqtisadi inkişafdan məlumat verib. Sonra isə Azərbaycan - Qazaxıstan xalqları arasındakı tarixi köklərə söykənən dostluq və qardaşlıq  əlaqələrindən və ikitərəfli münasibətlərin inkişafında mövcud olan potensialdan danışıb.

Sonda o, hər kəsə təşəkkür bildirib və qazax xalqının hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Tədbirin ikinci hissəsi Natiq ritm qrupunun Qarabağ kompozisiyası ilə başlayıb. Daha sonra Mirvari rəqs qrupu və Şəhriyar İmanovun repertuarı ilə davam edib. Həmçinin Qazaxıstanın milli rəqs qrupları və milli mahnıları səsləndirilib.

Yekunda Azərbaycan təamlarınıdan ibarət  furşet təşkil olunub.

 





25.05.2023    çap et  çap et