525.Az

Somalidə əhalinin köçü davam edir


 

Somalidə əhalinin köçü davam edir<b style="color:red"></b>

Son 5 ayda 1 milyon insanın Somalidə evlərini tərk edərək başqa bölgələrə köç etmək məcburiyyətində qalıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) Somali direktoru Məhəmməd Abdi, Somalidə daxili miqrasiyanın həyəcanverici səviyyəyə yüksəldiyinə diqqət çəkib. 

Son 5 ayda 1 milyon insanın evini tərk edərək köç etmək məcburiyyətində qaldığını bildirən Abdi, bunun önümüzdəki aylarda arta biləcəyindən narahat olduqlarını vurğulayıb. Abdi qeyd edib ki, "Əl-Şəbab" terror təşkilatının yaratdığı təhlükəsizlik problemi ilə yanaşı, ölkədəki daxili köçdə quraqlıq və sel kimi təbii fəlakətlər də təsirli olub. 

Qeyd edək ki, ən yüksək immiqrasiya nisbətinə malik bölgələrin ölkənin ortasındakı Hiran və cənubdakı Gedo olduğu barədə məlumatı paylaşan Abdi, ölkədəki daxili köç sayının 3,8 milyonu keçdiyini bildirib.

Malik Atilay

 





25.05.2023    çap et  çap et