Kolumbiyanın şimalında patrul xidməti aparan polis maşınına edilən bombalı hücumda ikisi polis olmaqla 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, Santanderin şimalındakı Tibu qəsəbəsində polisləri daşıyan avtomobil keçən zaman uzaqdan idarə olunan bomba partladılıb. Hücumda 2-si polis olmaqla 3 nəfər həyatını itirib, 4-ü polis olmaqla 8 nəfər yaralanıb.
Ölən mülki şəxsin təsadüfən yoldan keçən motosikletli gənc qadın olduğu paylaşılıb. Yaralı polislər helikopterlə Kukutadakı digər xəstəxanalara aparılıb, bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Qeyd edək ki, partlayışın təsirindən elektrik xətləri sıradan çıxıb və şəhərin bir hissəsi işıqsız qalıb.
Məhəmməd Tağıyev