525.Az

Beyləqanda “Əziz Şuşa sən azadsan !” adlı tamaşa təqdim olunub.


 

Beyləqanda “Əziz Şuşa sən azadsan !” adlı tamaşa təqdim olunub.<b style="color:red"></b>

25 may 2023-cü il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan rayon Təhsil Sektorunun Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında, yazıçı-dramaturq Pərvin  Nurullayevanın “Şuşa sən azadsan!” pyesi əsasında hazırlanmış eyni adlı bir pərdəli tamaşa oynanılıb.

525.az xəbər verir ki, tamaşanın təqdimatında Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Ramil Əhməd, pyesin müəllifi, regional idarənin rəhbərliyi, rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları  və  şagirdlər iştirak edib.

Anşlaqla qarşılanan tamaşanın sonunda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və pyesin müəllifi,-“Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək tamaşanın ərsəyə gəlməsində əməyi olan, hər bir kəsə təşəkkürlərini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

 





25.05.2023    çap et  çap et