525.Az

Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib


 

Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib.

525.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün azərbaycanlıları səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz sayəsində son illər Azərbaycan sosial-iqtisadi islahatlarda, eləcə də beynəlxalq aləmdə əhəmiyyətli uğurlar əldə edib.

Məmnunluqla qeyd edirəm ki, dostluğun və mədəni-dil oxşarlığının dərin tarixi kökləri Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin indiki xarakterini qabaqcadan müəyyənləşdirib.

Ölkələrimiz arasında diplomatik münasibətlərin otuz illik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır. Bu münasibətlər bizim birgə səylərimiz sayəsində xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

 





25.05.2023    çap et  çap et