525.Az

Finlandiyadan Ukraynaya növbəti hərbi yardım


 

Finlandiyadan Ukraynaya növbəti <b style="color:red">hərbi yardım</b>

Helsinki Kiyevə növbəti hərbi yardım paketini təhvil verib.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu, artıq Finlandiyadan Ukraynaya 16-cı hərbi texnikanın çatdırılmasıdır. Buraya, xüsusən, zenit silah və sursatlar daxildir. Paketə daxil olan  avadanlığın dəyəri təxminən 109 milyon avro təşkil edir”, -  deyə məlumatda deyilir.

Qeyd edək ki, Finlandiya Ukrayna tərəfinə ümumilikdə 1,1 milyard avro göndərib.

Havar Şəfiyeva

 





25.05.2023    çap et  çap et