525.Az

ABŞ Yaxın Şərq siyasətini dəyişəcək


 

ABŞ Yaxın Şərq siyasətini dəyişəcək<b style="color:red"></b>

ABŞ Yaxın Şərqdəki siyasətini dəyişəcək. 

525.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Pentaqonun strategiya, planlaşdırma və hərbi imkanlar üzrə köməkçisi Mara Karlin bildirib. O, deyib ki, Vaşinqton regionda dəqiq məqsədləri olan ittifaqlar qurmağa və silah satışına keçəcək.

Karlin bildirib ki, Yaxın Şərq tərəfdaşları ABŞ və onun müttəfiqlərindən silah sistemləri almalıdırlar, əks halda Amerika tərəfi regionda effektiv fəaliyyət göstərə bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton Rusiya ilə informasiya müharibəsinə görə “Yaxın Şərq” planı hazırlamaqda təqsirli bilinib.

Havar Şəfiyeva

 





25.05.2023    çap et  çap et