525.Az

Almaniyadan Ukraynaya dəstək


 

Almaniyadan Ukraynaya <b style="color:red">dəstək</b>

Almaniya kansleri Olaf Şolts Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyərək, Avropanı Ukraynanın gələcəyi üçün mübarizə aparmağa çağırıb. 

525.az dünya mediasına istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Sosial Demokrat Partiyasının (SPD) yaradılmasının 160 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında: “Qitəmizin tarixində Vladimirin (Rusiya Prezidenti - red.) imperialist xəyalları tərəfindən yaradılmış bu ağrılı dövr azad Ukraynanın Aİ-ə üzv ola biləcəyinə işarədir və onun tamhüquqlu üzv kimi iştirakı ilə başa çatacaq”, - deyib. 

Qeyd edək ki, Ukrayna xalqını və onun azadlıqlarını müdafiə etmək üçün apardığı mübarizəni dəstəkləməyə davam edəcəklərini deyən edən Şolts: "Rusiya bu müharibəni qazanmamalıdır və qazanmayacaq", - deyə vurğulayıb.

Malik Atilay

 





25.05.2023    çap et  çap et