525.Az

İran yeni orta mənzilli ballistik raketini təqdim edib


 

İran yeni orta mənzilli ballistik raketini təqdim edib<b style="color:red"></b>

İran 2 min km mənzilli yeni ballistik raketini nümayiş etdirib.

525.az xəbər verir ki, "Xeybər" (Hürrəmşəhr-4) adlı orta mənzilli ballistik raket yüksək rütbəli hərbçilərin iştirakı ilə təşkil edilən proqramla paytaxt Tehranda təqdim edilib. Qurudan quruya 2 min km məsafəyə atıla bilən maye yanacaqla işləyən ballistik raket 1500 kq döyüş başlığı daşıya bilir.

Dövlət televiziyası raketin buraxılması və sonra hədəfi vurması görüntülərini də nümayiş etdirib. Mərasimdə iştirak edən müdafiə naziri Məhəmməd Rza Aştiani, sözügedən ballistik raketin ölkəsinin inkişaf etdirdiyi Hürrəmşəhr raket ailəsindən olduğunu bildirib.

Qeyd edək ki, Aştiani raketin çox yüksək dağıdıcı gücə malik və müxtəlif döyüş başlıqları daşımağa qadir olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev

 





25.05.2023    çap et  çap et