525.Az

Fransada polisin dronlardan istifadəsinə icazə verildi


 

Fransada polisin dronlardan istifadəsinə icazə verildi<b style="color:red"></b>

Fransada Dövlət Şurası polis və jandarm başda olmaqla təhlükəsizlik qüvvələrinin nümayişlərdə dronlardan istifadəsinə icazə verib.

525.az xəbər verir ki, Fransa Dövlət Şurası polisin nümayişlərdə pilotsuz uçuş aparatlarından istifadə etməsinə icazə verən fərmana olan etirazı qiymətləndirib. Məhkəmə təcrübənin qanuniliyinə ciddi şübhə olmadığını əsas gətirərək nümayişlərdə dronlardan istifadə edilməsində heç bir problem olmadığına qərar verib.

Fərman çıxmazdan əvvəl 2020-ci ildə polis tərəfindən həyata keçirilən bu tətbiqi qadağan edən məhkəmə, bu dəfə aprel ayında yayımlanan fərmanla dronlardan istifadə etmək səlahiyyəti olan polis və jandarmın lehinə qərar verib.

Qeyd edək ki, qərara əsasən, polis tərəfindən dronlardan istifadə zamanı qanun pozuntuları aşkar edilərsə, praktikaya inzibati hakim müdaxilə edə bilər.

Məhəmməd Tağıyev

 





25.05.2023    çap et  çap et