525.Az

Türkiyədəki qaçqınlar Suriyanın şimalına köçürüləcək


 

Türkiyədəki qaçqınlar Suriyanın şimalına köçürüləcək<b style="color:red"></b>

Xərcləri Qətər öz üzərinə götürəcək, müharibə qurbanı olan suriyalılar üçün 240 min ev tikiləcək.

525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Suriyada rejim və terror təşkilatlarının zülmündən qaçan günahsız vətəndaşlara yardım əlini uzatmağa davam edir. Bu məqsədlə Suriyanın şimalında daimi yaşayış layihələri hazırlanıb. Xərclər Qətər Dövlət İnkişaf Fondu tərəfindən qarşılanacaq və 3 ilə tamamlanacaq evlərdə yalnız hazırda Türkiyədə yaşayan qaçqınlar yerləşdiriləcək.

Vətəndaş müharibəsi və hücumlar nəticəsində öz evlərində qaçqın düşən milyonlarla suriyalıya Türkiyə yardım əlini uzadıb. Sərhədin təhlükəsizliyini təmin etmək üçün mühüm quru əməliyyatları təşkil edilib. Yaradılan təhlükəsiz ərazi bölgə əhalisini yenidən həyata bağlayıb. Həmin bölgələrdən biri olan Celabrusda terror təşkilatlarının istifadəsində olan qərargah hazırda Cerabulus Xəstəxanası kimi bölgə əhalisinə xidmət edir. Türkiyə əməliyyat bölgələrini canlandırmaqla yanaşı, ictimai həyatı da unutmayıb. Evlərlə yanaşı məktəblər, parklar, məscidlər tikilib. İş imkanlarını artırmaq üçün mütəşəkkil sənaye zonaları yaradılıb. 

İnvestisiyalar həm də könüllü geri dönüşlərə yol açıb. Belə ki, 554 min suriyalı artıq öz vətənlərinə qayıdıb. Bu sayın artırılması üçün yeni layihələr də hazırlanıb. Bunlardan ən mühümü 240 minlik mənzil layihəsidir ki, onun bütün xərcləri Qətərin Dövlət İnkişaf Fondu tərəfindən qarşılanacaq.

Qeyd edək ki, layihə üçün “Fərat Qalxanı” bölgəsində 5, “Barış Pınarı” bölgəsində isə 4 sahə müəyyən edilib. Cerablusun Rəs-ül-Cəuz bölgəsindəki ərazidə tikiləcək 5000 mənzilin təməli qoyulub. Şəhərdə məscid, bazar, ibtidai məktəb, lisey, sağlamlıq mərkəzi kimi ictimai obyektlər də tikiləcək.

Qoşqar Bəylərov

 





25.05.2023    çap et  çap et