ABŞ və müttəfiqləri rəsmi Kiyevə ümumilikdə 65 milyard ABŞ dolları dəyərində hərbi yardım göstərəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin təmas qrupunun iclasında bildirib.
Petaqon rəhbəri vurğulayıb ki, gələcəkdə Kiyevə hərbi yardımı davam etdirmək üçün daha çox səy göstərməli, silah istehsalı gücünü artırmaq üçün yaradıcı yollar axtarmalı olacaqlar. Lloyd Ostin eyni zamanda, ABŞ və müttəfiqlərinin hələ də Ukraynaya yardımı davam etdirməkdə israrlı olduqlarını söyləyib.
Qeyd edək ki, Ostin, həmçinin ukraynalı pilotların “F-16” qırıcıları ilə təlimə yaxın həftələrdə başlaya biləcəyini deyib.
Qoşqar Bəylərov